Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ

13:43 | 26.04.2016
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ

Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ

Rüstəm Qasımov

Bugün biz sizinlə yenidən Londonun məşhur Viktoriya və Albert muzeyinə baş çəkəcəyik, ancaq heykəltaraşlıq zalına. 

Muzeyin heykəltaraşlıq zalı incəsənət məbədi sayılır, burada olduqca maraqlı, orijinal heykəltaraşlıq nümunələri, həm metaldan, həm də daşdan hazırlanmış büstlər və kompozisiyalar görmək olar. 

Əvvəlcədən qeyd etdiyim kimi, muzeyə giriş sərbəstdir, buna görə də muzeydəki ziyarətçiləri sayı hədsiz çoxdur, həm də burada foto çəkdirməyə icazə verilir. Muzeydə mövcud olan heykəllərin böyük əksəriyyətinin mövzusu antik və "İncil" mövzularını əhatə edir. 

Yeri gəlmişkən, qeyd edək ki, Viktoriya və ALbert muzeyi dünyada ən böyük keçmiş kolleksiyaya - klassik heykəltaraşlıq, Renessans dövrü italyan predmetlərinə sahibdir. Bundan başqa, muzeydə görkəmli şəxsiyətlərin, elm adamlarının, yazıçıların, incəsənət xadimlərinin büstləri mövcuddur. 

Muzeyin maraqlı cəhətlərindən biri də burada rəssamların yığışmasıdır, onlar gəlib müztəlif heykəllərin kopyalarını çıxarırlar. Beləliklə, muzey həm də yaradıcılıq meydançasına çevrilir. 

Elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən ANN.Az xəbər portalı dünyanın müxtəlif muzeylərindən reportajlar hazırlamaqda davam edir. Bu dəfə oxucularımızı Vikoriya v Albert muzeyinin heykəltaraşlıq muzeyi ilə tanış edirik. 

Xoş seyrlər: 
 

























































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM