• $
  • €
  • ₽
  • ₺
  • £

Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib

Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21.08.2019 19:30
Avqustun 21-də Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerlini qəbul edib. 

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanla Avstriya arasında əlaqələrin gündən-günə inkişaf etdiyini məmnunluqla diqqətə çatdıraraq iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin də mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini bildirib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in ölkəmizin anoloji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu xatırladan nazir polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi qeyd edib. 

Daxili işlər naziri Vyana şəhər polisindən olan nümayəndələrin Bakıda keçirilmiş "Avrovizyon” mahnı müsabiqəsi, I Avropa Oyunları ərəfəsində Azərbaycana səfər etmələrindən, genişmiqyaslı tədbirlər zamanı ictimai təhlükəsizliyin təmini sahəsində öz təcrübələrini bölüşmələrindən məmnunluğunu bildirib.

O, problemlərdən danışarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığını və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb. 

Səfir Bernd Aleksander Bayerl səmimi qəbula və məlumatlara görə minnətdarlığını bildirib, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. 

Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin  günü-gündən inkişaf etdiyini vurğulayan diplomat fəaliyyəti dövründə müvafiq dövlət qurumları, o cümlədən iki dost dövlətin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol