Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşını təqaüdə göndərib.
Anews.az "Report”a istinadən xəbər verir ki, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
Nazirin digər bir əmri ilə DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !