Vilayət Eyvazov onları işdən çıxardı

10:38 | 25.09.2019
Vilayət Eyvazov onları işdən çıxardı

Vilayət Eyvazov onları işdən çıxardı

Bakıda polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib.

Anews.az "Report”a istinadən  xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb