2020-ci ildə ümumilikdə 26 004 cinayət qeydə alınıb ki, bu cinayətlərin 86,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.
V.Eyvazov məruzəsində ölkəmizdə cinayətkarlığa qarşı mübarizənin, asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyətin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə davam etdiridiyini, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının 8 fakt azalaraq 257 olduğunu deyib.
Nazir 2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlərin azaldığını vurğulayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !