Vilayət Eyvazovdan yeni təyinat - FOTO

16:18 | 12.07.2019
Vilayət Eyvazovdan yeni təyinat - FOTO

Vilayət Eyvazovdan yeni təyinat - FOTO

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.


Anews.az xəbər verir ki, bu barədə strateq.az saytı məlumat yayıb. Yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında "Bandotdel” kimi tanınan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.


Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub.Uzun müddət BDU-nun hüquq fakültəsində "Konstitusiya hüququ” və "İnzibati hüquq” fənlərindən dərs deyib.


1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.


Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb