• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Vilayət Eyvazovun yerinə təyin olunan Seyfulla Əzimov kimdir? - FOTO

Vilayət Eyvazovun yerinə təyin olunan Seyfulla Əzimov kimdir? - FOTO
29.05.2020 00:13
 Daxili İşlər nazirinin birinci müavini təyin olunan Seyfulla Əzimovun təyinatı Prezident İlham Əliyevin sərəncamı ilə baş tutan kadr dəyişikliklərinin nəticələrindən biridir. 

Belə ki, bir neçə gün öncə prezidentin imzaladığı sərəncam ilə general-polkovnik Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi təyin edildi.  Digər sərəncam ilə Daxili İşlər nazirinin birinci müavini olan Vilayət Eyvazov Daxili İşlər naziri təyin edildi. 

Bu günə kimi Daxili İşlər nazirinin birinci müavini postu boş idi. Bu gün prezidentin sərəncamı ilə Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov Daxili İşlər nazrinin birinci müavini təyin edildi. 

Anews.az əldə etdiyi məlumata görə, onun adı qubalılara daha çox tanış olsa da, Əzimovun ulduzu ADNA-da 2009-cu ildə baş verən terror hadisəsindən sonra parlamağa başlayıb. O, həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidən kimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var. 

Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə  Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post - Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") etibar olunur.

Maraqlıdır ki, bir neçə il ərzində ardıcıl vəzifə təyinatı alan Əzimov  Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin olunana kimi  mediada çox az məlumata rast gəlmək olar. 
 
ADNA-da baş verən terror hadisəsini əks etdirən kadrlardan əldə etdiyimiz fotonu  təqdim edirik.


Zaur Qənbərov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasi Partiya rəhbərlərinin cəbhədə son baş verənlərə MÜNASİBƏTİ
Siyasət 14:31
Siyasi Partiya rəhbərlərinin cəbhədə son baş verənlərə MÜNASİBƏTİ
Cəmiyyət 19:01
"Xocalı Qarabağın sütunu idi, sütunun qırdılar" - 30 illik kədərin şahidi
Dünyanın hər yerindən Rusiyaya çağırış -
Siyasət 10:50
Dünyanın hər yerindən Rusiyaya çağırış - "Müharibəni dayandırın"
Rəsulzadə Bakıdakı abidəsi önündə anıldı - FOTOLAR
Siyasət 17:06
Rəsulzadə Bakıdakı abidəsi önündə anıldı - FOTOLAR
Qarabağdakı rus ordusunun 20 Yanvardakı sovet ordusu ilə bağlılığı varmı? - TƏHLİL
Siyasət 17:47
Qarabağdakı rus ordusunun 20 Yanvardakı sovet ordusu ilə bağlılığı varmı? - TƏHLİL
Siyasət 04:48
"Məni tək qoymayan insan gözümün önündə can verdi" - Füzulidən reportaj
Qarabağda erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib - FOTO
Siyasət 16:07
Qarabağda erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib - FOTO
Bütün Qafqazı birləşdirən səbəb-Füzuli Beynəlxalq Hava Limanı
Siyasət 11:44
Bütün Qafqazı birləşdirən səbəb-Füzuli Beynəlxalq Hava Limanı
Siyasət 21:29
"Əli Kərimlidən ayrılmağımın səbəbi onda avtoritar təfəkkürün güclü olmasıdır" - Razi Nurullayev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol