Villa sahibinin qəzəbinə gəlmiş zibil qablarını Bakı şəhəri İH sakinlərə qaytardı- VİDEO

09:56 | 21.08.2020
Villa sahibinin qəzəbinə  gəlmiş zibil qablarını Bakı şəhəri İH sakinlərə qaytardı- VİDEO

Villa sahibinin qəzəbinə gəlmiş zibil qablarını Bakı şəhəri İH sakinlərə qaytardı- VİDEO

Bakının Xətaı rayonunda yerləşən Rəşid Bağırov küçəsində yaşayan sakinlər bir sıra ara məhəllədə zibil qablarının yiğişdırılmasından şikayət edib.
 
Şikayət kanalımızda yayimlanandan bir neçə gün sonra məhəlləyə gələn Bakı şəhəri icra hakimiyyətinin rəsmiləri yaranmış antisanitariya ilə bağlı vəziyyətlə yerində tanış olub və yaxınlıqdakı vərəm dispanserinin hasarının yanına  zibil qabları yerləşdiriblər.  Amma üstündən iki gün keçmiş həmin zibil qabları yenidən yoxa çıxıb. Aparılan araşdırmalar gedişində zibil qablarının yaxınlıqda tikilmiş şəxsi evlərin sahibləri tərəfindən götürüldüyü bəlli olub.
 
Bakı şəhəri icra hakimiyyəti rəsmilərinin işə yenidən müdaxiləsi nəticəsində zibil qutuları yenidən sakinlərin xidmətinə qaytarılıb. Buna görə sakinlər  Bakı şəhəri İH və xüsusilə də adı çəkilən qurumun mətbuat xidmətinin rəhbərliyinə təşəkkür etdiklərini bildiriblər. 
 
Ətraflı video materialda:
 
Hazırladı: Samirə Əliyeva


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb