Əli Əliyev 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib

17:34 | 22.11.2022
Əli Əliyev 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib

Əli Əliyev 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib

Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov öz feysbuk hesabında məlubat verib.
 
Rüfət Səfərov bildirib ki, bu, Əli Əliyevin cari ildə 4-cü mühakiməsidir

Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

VİP sədri Cinayət Məcəlləsinin 148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Lida Abbaslı 


www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM