• $
  • €
  • ₽
  • ₺
  • £

Virtual dünya ənənəvi ailəni üstələyir - Zahid Oruc

Virtual dünya ənənəvi ailəni üstələyir - Zahid Oruc
15.05.2024 11:16
Virtual dünya ənənəvi ailəni üstələyir. Bunu STM-nin İdarə Heyətinin sədri Zahid Oruc deyib. 
 
"Bütün dünyada ənənəvi ailə modeli böhran yaşayır. Virtual dünya ənənəvi ailəni üstələyir. Nümunəvi ailə modellərini təbliğ etmək vətəni səngərdə qorumaq qədər önəmlidir", - Oruc Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirdiyi konfransda qeyd edib

O bildirib ki, ailələrin nizamı pozulursa, dövlətlər ayaqda qala bilmir.

"21-ci əsrin əvvəllərinə qədər ailə institutu patriarxal və ənənəvi modeldən keçib, hazırda postmodern, natamam və nikahdan kənar çoxsaylı alternativ ailə modelləri ilə əvəzlənib. Sərhədsiz azadlıqların sürətli təbliği və ifrat ideologiyalı sosial hərəkatlar tüğyan edir. Biz bunu "anti ailə pandemiyası" adlandıra bilərik. Bundan əlavə, rəngli ailə hərəkatlarının miqyaslı təbliğatı gedir. 

Azərbaycan ailəsi özündə həm müasirliyə, həm də milli mədəniyyətə xas olan ənənələrin vəhdətini ehtiva edir, onların unikal birliyini daşıyır. Azərbaycanda uşaqlı və nikahlı olan cütlük dominant olan ailə modeli kimi qəbul olunur.

İctimai müzakirələrdə boşanmaların artmasında məişət zorakılığı xüsusi vurğulansa da, sorğular müasir Azərbaycan ailəsinin emosional tərəflərə önəm verdiyini göstərir. 

Müasir Azərbaycan ailəsində övlada münasibət bir tərəfdən fədakarlıq, digər tərəfdən fərdi maraqların vurğulanması ilə ifadə edilir, bu, indiki valideynlərdə əvvəlkilərdən daha çox özünə inamsızlıq yaradır. Müasir Azərbaycan insanı ailəyə bağlılığı və dəyərlərə ehtiramı ilə fərqlənir", - o vurğulayıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol