Visa beynəlxalq ödəniş sistemi ABB-yə 2 mükafat təqdim edib. Mükafatlardan biri Banka bu ilin əvvəlində bazara təqdim etdiyi metal kart məhsuluna görə verilib. Digər mükafat isə ABB-nin elektron ticarətin inkişafı sahəsində həyata keçirdiyi layihələrə aiddir.
ABB-nin metal kartı Bankın imtiyazlı müştəriləri üçün nəzərdə tutulub. Kart bir çox üstünlükləri özündə birləşdirir.
ABB son illərdə ölkəmizdə rəqəmsal ticarətin inkişafına da mühüm töhfələr verir. Bu sahədə müasir infrastrukturun qurulması, proseslərin rəqəmsallaşdırılması, tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !