Kiyev meri Vitali Kliçko fevralın 12-də Münhendə öz işinə başlayan Beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Kiyev merinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Azərbaycan biznesinin Ukraynada, xüsusilə də Kiyevdə artırılması perspektivləri ətrafında söhbət olub.
"Biz əməli və daha fəal əməkdaşlıqda maraqlıyıq. İstəyirik ki, Azərbaycan biznesi, sərmayələri Ukraynaya gəlsin, Ukrayna biznesi də Azərbaycanda uğurla fəaliyyət göstərsin", - deyə Kiyev meri bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !