"AtaBank” ASC-nin növbəti
dəfə start verdiyi və müştərilərə çoxlu sayda bank kartı hədiyyə etdiyi "VİZA
göstər, VİSA Al” kampaniyası uğurla davam edir.
Anews.az xəbər verir ki, xarici ölkələrə səyahət etmək üçün VİZA əldə etmiş müştərilər, AtaBank-dan
pulsuz Visa Classic və ya Visa Gold plastik kartına sahib ola bilərlər. İştirak
etmək üçün bankın ən yaxın filial və ya şöbəsinə şəxsiyyət vəsiqəsi və xarici
pasportla müraciət etmək və qüvvədə olan vizanı bankın əməkdaşına
göstərmək kifayətdir. Müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən
asılı olaraq Visa Classic və ya Visa Gold kartı hədiyyə edilir.
Xatırladaq ki, hədiyyə bank kartları
müştərilərə yalnız ABŞ dolları və ya AVRO valyutasında açıla bilər. Bu
kartlarla həm ölkə daxilində, həm xaricdə rahat və təhlükəsiz şəkildə ödənişlər
həyata keçirmək mümkündür.
Visa kartlarından
dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə
edərək müştərilər həm ölkədaxilində, həm də xaricdə POS-terminal vasitəsi ilə
və ya online alış-veriş edə, AtaBank-ın AtaNet İnternet və ya Mobil Bankçılıq
əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !