Çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb.APA-nın xəbərinə görə, qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qərarın qəbulu ilə əlaqədar komitə üzvlərinə təşəkkür edib: “Ümid edirik ki, bu qərar beynəlxalq ictimaiyyətin bu oyuna marağını artıracaq, oyunun praktikasını davam etdirməyə və onu gələcək nəsillərə ötürməyə imkan verəcək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !