Rusiya prezident Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, Vladimir Putinin prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:
“Dost Azərbaycan quruculuq yolu ilə inamla irəliləyir, onun nüfuzu beynəlxalq aləmdə durmadan möhkəmlənir. Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə söykənən müsbət dinamikası bizim strateji tərəfdaşlığımızın möhkəm olduğunu təsdiq edir. Əminəm ki, bizim istər ikitərəfli əsasda, istərsə də MDB-nin inteqrasiya mexanizmləri çərçivəsində sıx qarşılıqlı fəaliyyətimiz ölkələrimizin xalqlarının rifahı, həmçinin qlobal və regional təhlükəsizliyin və sabitliyin təmin olunması naminə bundan sonra da inkişaf edəcək. İlham Heydər oğlu, Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına xoşbəxtlik, uğurlar və firavanlıq arzulayıram”.
ANN.Az