Vladimir Putin və Barak Obama Nyu-Yorkda görüşüblər

12:11 | 29.09.2015
Vladimir Putin və Barak Obama Nyu-Yorkda görüşüblər

Vladimir Putin və Barak Obama Nyu-Yorkda görüşüblər

Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti arasında görüş başa çatıb. Bu, 2013-cü ilin yayından bəri ABŞ və Rusiya prezidentlərinin ilk ikitərəfli görüşüdür.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sessiyasında iştirak edən iki ölkə liderlərinin görüşü BMT-nin mənzil-qərargahında baş verib.

Amerika prezidenti ilə danışıqlardan dərhal sonra Vladimir Putin danışıqlar iştirakçılarının diqqət mərkəzində Suriyadakı vəziyyət və Rusiyanın bu münaqişənin tənzimlənməsində iştirakı, eləcə də Ukrayna şərqindəki münaqişə məsələləri olduğunu bildirib.

Danışıqlar nəzərdə planlaşdırılan 55 dəqiqədən az qala iki dəfə uzun davam edib. ABŞ administrasiya başçısının sözlərinə görə, vaxtın yarısı Ukrayna vəziyyətinə, o biri yarısı Suriya münaqişəsinə sərf edilib. Rusiya prezidenti görüşü çox faydalı, konstruktiv və açıq kimi səciyyələndirib.
"Aydın mövqe”

"Biz çoxlu təmas nöqtələri müəyyən etdik, lakin fikir ayrılıqları da vardır”, - Barak Obama ilə görüşdən sonra Putin jurnalistlərə deyib.

"Bizim amerikalı tərəfdaşlarımız bir çox məsələlər üzrə, o cümlədən, tənzimlənmə (Ukraynada vəziyyəti) və Suriya mövzusuna dair öz mövqelərini olduqca aydın izhar etdilər”, - Rusiya prezidenti deyib.

Ağ Evin nümayəndəsinin məlumatına görə, Barak Obama Ukraynanın şərqində münaqişənin tənzimlənməsinə dair Minskdə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin gedişi ilə bağlı Putinə öz narahatlığını bildirib, xüsusən özlərini müstəqil elan etmiş Donetsk və Luhansk "xalq respublikaları” rəhbərlərinin məhəlli seçkilər keçirmək qərarında olması ilə bağlı.

Suriyada vəziyyətə toxunaraq, Putin danışıqlardan sonra deyib ki, öz taleyini suriyalıların özləri həll etməlidir. O, Rusiya qoşunlarının Suriyada quruda əməliyyatlarda iştirakını istisna edib.

Rusiya prezidenti Moskvanın Vaşinqtonla son vaxtlar korlanmış münasibətləri bərpa etməyə hazır olduğunu vurğulayıb.

"Biz münasibətləri inkişaf etdirməyə, onları tam həcmdə bərpa etməyə həmişə hazırıq”, - Barak Obama ilə görüşdən sonra Putin jurnalistlərə bəyan edib.
"Əsəd üçün geriyə yol yoxdur”

Daha əvvəl hər iki prezident Assambleyanın tribunasından çıxış edib və bir sıra son dərəcə mühüm problemlər üzrə daban-dabana zidd fikirlərini israr ediblər, o cümlədən, Suriya məsələsi üzrə.

Barak Obama bəyan edib ki, nə qədər ki Bəşər Əsəd Suriya prezidentidir, Suriya münaqişəsini həlli mümkün olmayacaq.

Vladimir Putin Əsədə yardım göstərməyə çağırıb, çünki, onun sözlərinə görə, ölkədə yeganə legitim lider odur.

Rusiya prezidenti ABŞ-ın, onun təbirincə, "reallıqda terrorçuluqla mübarizə aparan” mövcud Suriya hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsini səhv adlandırıb.

Lakin, Obamanın sözlərinə görə, öz xalqına qarşı müharibə aparan Bəşər Əsəd Suriyada barışığa təminatçı ola bilməz, və bütün törətdiyi cinayətlərdən sonra Suriya diktatoru üçün geriyə yol yoxdur.

Obama Suriyada hakimiyyətin mütəşəkkil surətdə başqa siyasətçiyə ötürülməsinə çağırıb.

Eyni zamanda həm Obama, həm Putin "İslam Dövləti” ilə birgə mübarizənin vacibliyini qeyd ediblər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM