Voleybolçularımız Gürcüstana məğlub oldu

22:00 | 26.11.2019
Voleybolçularımız Gürcüstana məğlub oldu

Voleybolçularımız Gürcüstana məğlub oldu

Noyabr 23-də Gürcüstanın Tbilisi şəhərində 16 yaşlı qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı start götürüb.
Azərbaycan Voleybol Federasiyasından Cebhe.info-ya verilən məlumata görə, Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak etdiyi yarışda voleybolçularımız A qrupunda mübarizə aparırlar.

Emin Əbilovun rəhbərlik etdiyi komanda növbəti matçını Gürcüstan komandasına qarşı keçirib. Görüş komandamızın üstünlüyü ilə başlasa da, sonda 3-1 hesabı ilə qalib gələn ev sahibi olub.

"AVRO-2020”-yə seçmə statusu da daşıyan yarışda Azərbaycan yığması növbəti oyununu bu gün Rusiya milli komandasına qarşı keçirəcək.
Qeyd edək ki, Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı U-17-lər arasında 2020-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsi (I raund) statusundadır. Yarışın reqlamentinə əsasən, çempion birbaşa Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. 2020 Avropa Çempionatının II seçmə mərhələsində isə reytinq cədvəlində nəticələri yüksək olan 20 komanda mübarizə aparacaq.

A qrupu: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.
B qrup: Belarus, Estoniya, Litva, Polşa.
Oyunların nəticələri:
2019-11-23. 15:00. Azərbaycan 0-3 (11-25, 12-25, 11-25) Ukrayna
2019-11-23. 17:30. Gürcüstan 0-3 (06-25, 11-25, 11-25) Rusiya
2019-11-24. 15:00. Gürcüstan 0-3 (06-25, 25-27, 12-25) Latviya
2019-11-24. 17:30. Rusiya 3-0 (25-16, 25-11, 25-12) Ukrayna
2019-11-25. 10:00 Latviya 0-3 (14-25, 12-25, 10-25) Rusiya
2019-11-25. 15:00 Azərbaycan 1-3 (29-27, 14-25, 20-25, 15-25) Gürcüstan

Növbəti oyunlar:
2019-11-26. 12:30 Rusiya - Azərbaycan
2019-11-26. 17:30 Ukrayna – Latviya
2019-11-27. 10:00 Latviya - Azərbaycan
2019-11-27. 15:00 Ukrayna – Gürcüstan

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb