• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Volker Türk: BMT-nin insan haqları ofisləri bütün dünyada açılmalıdır

Volker Türk: BMT-nin insan haqları ofisləri bütün dünyada açılmalıdır
30.05.2023 21:53
İnsan haqları ofisləri indi həmişəkindən daha çox yerdə fəaliyyət göstərir.
 
"Biz yalnız iki yerli ofisdən dünya üzrə 94 ofisə qədər uzun bir yol qət etmişik, lakin mən bu fəaliyyət sahəsinin daha da genişlənməsini görmək istərdim. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisləri hər yerdə mövcud olmalıdır” , –  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk deyib. 

Volker Türk bildirib ki, Real Madridin futbolçusu Vinisius Juniorun ötən həftə İspaniyadakı stadionda yenidən qarşılaşdığı irqçi təhqirlər, idmanda irqçiliyin geniş yayıldığını açıq şəkildə xatırladır.

 "Mən idman tədbirləri təşkil edən şəxsləri irqçiliyin qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün strategiyalar hazırlamağa təşviq edirəm. Biz öz növbəmizdə idman tədbirlərində insan hüquqlarının standartları ilə bağlı bir sıra ideyalar təklif etməyə hazırıq” – Volter Türk qeyd edib.
Darfurda cinsi zorakılıq mövzusuna toxunan Volker Türk bildirib ki, son dövrdə onun ofisində ən azı 25 belə hadisə ilə bağlı xəbər qeydə alınıb, belə hadisələri sənədləşdirmək çox çətindir, ona görə də onların real sayının daha çox olacağı ehtimalı var.
Volker  cinsi zorakılığa sıfır tolerantlıq göstərilməsini və bu cür pozuntuları həyata keçirən şəxslərin məsuliyyətə cəlb edilməsinin məqsədəmüvafiq olduğunu qeyd edib.

Deputat Razi Nurullayev belə hesab edir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofislərinin bütün ölkələrdə olması vacibdir.

"Bu cür ofislərin xüsusi seçilmiş ölkələrdə olması fikrimcə düzgün qərar sayılmaya bilər. Ona görə ki, ölkələrin demokratik olmasından asılı olmayaraq demək olar ki, bütün dünya ölkələrində insan hüquqları pozulur, çoxsaylı problemlər yaşanır və çoxalmaqda davam edir. , BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofislərinin Azərbaycanda, Rusiyada, Amerikada, Fransada, İngiltərədə, Litvada, Ermənistanda da olmasını mən alqışlayardım. Çünki bu cür ofislər bütün dünya üçün məsuliyyət daşıyır. 

İnsan hüquqları deyildiyi zaman bizim gözümüzün qabağına gəlir ki, BMT Azərbaycanda siyasi partiyalarla bağlı məsələlərlə məşğul olacaq. Bu, belə deyil. Burada jurnalistlərin, qaçqınların, həbsxanada olanların, cəmiyyətin bütün sahələrində çalışan insanların hüquqları var və bu hüquqlar universaldır. Bu baxımdan mən belə hesab edirəm ki, BMT ofislərinin bütün dünya ölkələri ilə yanaşı Azərbaycanda da olması arzuolunandır” – Razi Nurullayev bildirib.
Hüquq müdafiəçisi Rüfət Səfərov qeyd edir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar hər kəsə aid edilməlidir.

"Təəssüf ki,  mövcud idarəçilk  əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Baxmayaraq ki, Konstitusiyanın 25-ci maddəsinin tələbinə əsasən bunun tam əksi olmalıdır.

Əlbəttə, Konstitusiya və Konvensiya ilə təminat altına alınan əsas hüquq və azadlıqlar bu gün ciddi inzibati əngəllərlə müşayiət edilir. Özünüifadəetmə, mətbuat və məlumat, yığıncaqlar, vicdan azadlıqları, xüsusilə, siyasi haqlar repressiv tədbirlərə məruz qalmaqdadır. Bunun nəticəsidir ki, bu gün 100-dən artıq siyasi və vicdan məhbusu var. İnsanların dövlətin və cəmiyyətin siyasi həyatında iştirak hüququ tanınmır. İşin pis tərəfi budur ki, bu gün Azərbaycan insanının hüquqi alətlərə, qanuni vasitələrə, normaya inamı, gözləntisi xeyli aşağı həddədir ki, bunu da hüquq qaydasına hörmətsiz münasibət sərgiləyən mövcud sistem doğurub. Fikirlərimi ümumiləşdirirəm, ölkəmizdə insan hüquq və azadlıqlarının vəziyyəti ya pisdir, ya da çox pisdir.

Əlbəttə, dünyanın ən mötəbər siyasi-hüquqi meaxnizmi Birləşmiş Millətlər Təşkilatıdır.  BMT insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. Başqa sözlə söyləsək, "Ümumdünya Hökumətidir”.  BMT-nin Bakı Nümayəndəliyi fəalliyyət göstərir.  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisi mövcuddur. Ofis zaman-zaman Azərbaycanda hüquqi maarifləndirmə təlimlərini həyata keçirir, vətəndaş cəmiyyətini, hüquq dövlətin prinsiplərini təşviq edir. Qeyd edilən Ofisin funksional mahiyyəti budur:  bütün insan hüquqlarının qorunmaq, hüquqları anlamaq üçün insanları məlumatlandırmaq, eləcə də bu hüquqların icrasını təmin etmək üçün aidiyyatı qurumlar və şəxslərə kömək etmək. İnsan Hüquqları üzrə Ali Komissarlıq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə ilə təmin edilən insan hüquqlarına riayət edilməsinə və qorunmasına nəzarət edən qurumdur. 
 
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyi fəaliyyət göstərir. Bu qurumun məramı uşaqların, qaçqın və məcburi köçkün uşaqların həyatının yaxşılaşdırılması və hüquqlarının müdafiəsidir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi fəaliyyət göstərir, qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan insanların hüquqları ilə məşğuldur. BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi fəaliyyət göstərir. Ümumiyyətlə, rəsmi Bakı  BMT-nin bir çox xüsusi qurum və orqanları ilə əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. göstərmək olar” – Rüfət Səfərov bildirib.
 
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mərkəzi ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. Mərkəzi ofis 120 milyonluq ABŞ dolları səviyyəsində büdcəyə sahibdir.

Ayişə Zahid



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Cəmiyyət 23:56
Qazaxda yol qəzası olub,4 nəfər xəsarət alıb
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Cəmiyyət 22:16
Sabirabadda körpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Cəmiyyət 21:33
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Cəmiyyət 20:12
Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında görüş keçirilib
Ağsuda iki nəfər zəhərlənib
Cəmiyyət 19:28
Ağsuda iki nəfər zəhərlənib
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
Cəmiyyət 19:00
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
Cəmiyyət 18:21
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Cəmiyyət 17:44
DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Cəmiyyət 17:21
Bu il 10 min şagirdin kompüter əsaslı monitorinqə cəlb olunması planlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol