Şuşadakı aksiya 109 gündür davam edir- VİDEO/YENİLƏNİB

16:30 | 30.03.2023
Şuşadakı aksiya 109 gündür davam edir- VİDEO/YENİLƏNİB

Şuşadakı aksiya 109 gündür davam edir- VİDEO/YENİLƏNİB

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir. Bu gün Xankəndi-Laçın yolunda etirazların 109-cü gündür.
 
******* 
 
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı 101 gündür davam etdirir.
 
***********
 
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 72 gündür davam edir. 
 
Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın
yolunda keçirilən etiraz aksiyası əlli iki gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər.
 
******* 

2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
***** 
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 50 gündür davam edir. 

 
2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu davam edib. Gənc aktivistlər aksiyada fəallıq göstərirlər.
 
***** 
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 46 gündür davam edir. 

 
***** 
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 40 gündür davam edir.
 
2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
 
 
09:26
***** 
Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiya bu gün səhər saatlarında da sivil qaydalar çərçivəsində davam edir.


Etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldırıb şüarlar səsləndirirlər.

Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, onlar artıq 30-cu gündür ki, fəaliyyətlərini davam etdirirlər. 
 
09:23
 
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi altı gündür davam edir.
 

 
Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
 
09:25 
 
***** 
 
 
Faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq” və "Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb
 
 
edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası davam edir.
 
Aksiya iştirakçılar ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.
 
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 25-ci gündür davam edir.
 
 09:51
 
 ********
 
 
Şuşada faydalı yataqların qanunsuz istismarı əleyhinə keçirilən etiraz aksiya artıq on gündür davam edir.

 
 Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.
 
 
13:44
 
Etirazçılar aksiyada yeni tələblər irəli sürüblər. Onlar Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.

10.09
 
ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Laçın dəhlizi boyunca sərbəst hərəkəti bərpa etməyə çağırıb. Bunu çərşənbə axşamı keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

"Biz aydın şəkildə bildirdik ki, Laçın dəhlizinin bağlanmasının ağır humanitar nəticələri var, sülh prosesini ləngidir. Biz Azərbaycan hökumətini dəhliz boyunca sərbəst hərəkəti bərpa etməyə çağırırıq. Biz enerji infrastrukturunun dayandırılması ilə bağlı xəbərləri görmüşük, xüsusilə qış aylarında humanitar böhranı daha da gücləndirə bilər. Dağlıq Qarabağın mülki əhalisinə zərər vurmaq qəbuledilməzdir" - Prays deyib.

 
 
22:44
Ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması” barədə əsassız çağırışlara cavab olaraq Azərbaycan XİN bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir.
 
Qeyd olunub ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək:
 
Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.


 

21:01 
Qarabağda müvəqqəti yerləşən Sülhməramlıların komandanlığı Laçın yolunda hərəkətin bərpası üçün Bakı ilə danışıqlar aparır. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
19:05
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Ermənistanın "Qızılbulaq” yatağında qeyri-qanuni istismarın intensivləşdiyini pisləyib. Bu barədə Hacıyev diplomatik korpusla görüşü zamanı bildirib. 
 
"Qızılbulaq”da monitorinqinin aparılması razılaşdırılıb. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır”,– Hikmət Hacıyev bildirib.

16.00

Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə çadırlar quraşdırmağa başlayıb.

Yük avtomobilləri vasitəsilə əraziyə gətirilən çadırlar rusiyalı sülhməramlılar tərəfindən qurulur.

Bundan əvvəl Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli yataqxanalar quraşdırmağa başlayıb.
 

15:00 

Ermənistanda fəallar bu gün saat 16:00-da BMT-nin ofisinin binası qarşısına azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq toplaşacaq. Bu barədə "Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb. 
 
"Artıq bir gündən çoxdur ki, Qarabağda 120 min soydaşımız blokadadadır. Buna görə də, mümkün qədər tez aşağıdakı addımlar atılmalıdır", - o bildirib. 
 

12.03

 

 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya sülhməramlılarının Laçın-Şuşa yolunda azərbaycanlı fəalların keçirdiyi aksiyaya mane olmaq cəhdlərini pisləyib.

 

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Lakin Rusiyanın Azərbaycanda yerləşdirdiyi sülhməramlılar Azərbaycan monitorinq qrupunun bu fəsadların araşdırmasına əngəl olur.


 
10.04
 
Ermənistanın Ombudsmanı azərbaycanlı ekoloqların keçirdiyi aksiyaya qarşı  bəyanat yayıb.

Bildirilib ki, Xankəndi yolunun bağlanması məqsədli şəkildə planlaşdırılıb.


"Azərbaycan bu addımı ilə böhran yaratmaq istəyir. İnsanları evlərini tərk etməyə məcbur edirlər. 120 mindən çox şəxsin həyatı təhlükəyə salınır və onların həyatı, sağlamlığı, dolanışıq vasitələri, hərəkət azadlığı və digər həyati və ayrılmaz hüquqları təhlükə altındadır" - bəyanatda deyilir.


Ombusdman bunu beynəlxalq hüquqlara zidd hesab edib və yaranmış vəziyyətlə bağlı beynəlxalq təşkilatları Azərbaycanın bu addımını ziddiyətli qəbul etməsini tələb edir.
 
 
19:58 
 
Rusiya sülhməramlıları kontingentinin şəxsi heyəti arasında erməni olması ilə bağlı məlumatlar yayılıb.


Yeniavaz.com xəbər verir ki, bu, Azərbaycanlı QHT təmsilçilərinin Qarabağa səfəri zamanı ortaya çıxıb.

Bildirilib ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının içərisində olan həmin adam erməni dilində danışaraq özünün milliyətini göstərib. Sonra isə gizlənmək istəsə də, o, ifşa olunub.

Qeyd edək ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir.

Həmin görüntüləri təqdim edirik:
 

17:27 
Etiraz aksiyasında iştirak edən ictiami fəal Taleh Mansurov anews.az-a açıqlamasında bildirir ki, tələblər yerinə yetirilənə kimi burada qalmağa davam edəcəklər
 
"Artıq əlavə çadırlar qurulub. Ocaqlar qalanıb. Hər şey öz qaydasındadır. Rus komandanı general-mayor Andrey Volkovu gələnə kimi burdayıq. Burada tam olaraq deyə bilmirəm, qalacayıq ya yox. Çay, su, yemək istilik hər biri yüksək səviyyədə qarşılanır. Bizim tələblərimiz nə vaxt yerinə yetirilsə, o zaman aksiya dayandırılacaq"-  ictimai fəal vurğulayıb

 
17.04
 
Qondarma Dağlıq Qarabağ Asambleyasının fraksiyaları aksiya keçirən azərbaycanlılarla bağlı bəyənat yayıblar. Bəyənatda Rusiya sülhməramlıların azərbaycanlı etirazçılara qarşı sərt tədbirlər görməyə çağırıldığı qeyd olunur.  
 

16.18
 
Xankəndində yaşayan ermənilər şəhərin çıxışına yığışıb. Ermənistan mediasının məlumatı görə, onlar Laçın-Şuşa-Xankəndi yolunda  azərbaycanlıların aksiya keçirdiyi ərazilərə yaxınlaşmaq niyyətindədirlər.  

15.37 
 
Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir. 
 

 

 
14.39

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin aksiya keçirdiyi əraziyə gəlməsi gözlənilir.

Bu barədə jurnalist Niyaz Niftiyev məlumat verib.

O, həmçinin bildirib ki, aksiyanın keçirildiyi ərazidə Rusiya sülhməramlı kontingentinin hərbi texnika və canlı qüvvəsinin sayı bir az da artırılıb.

Jurnalist qeyd edib ki, aksiya başlayandan bəri Laçın-Şuşa yolu ilə heç bir avtomobilin keçməsinə imkan verilməyib.
 

14.37
 
Etiraz aksiyasının iştirakçısı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova "Report"-a açıqlamasında  Rusiya sülhməramlılarının vətəndaş cəmiyyətinin əliyalın fəallarına öz silahları ilə maneə yaratdıqlarını və monitorinq keçirməyə imkan vermədiklərini deyib.


 
14.24

Etiraz aksiyasının iştirakçılarından olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyevnın sözlərinə görə,  monitorinqə gələn azərbaycanlıların qarşısını kəsən Rusiya sülhməramlılarının arasında ermənilər də var. Əgər onlar güc tətbiq etsələr qarşılarında bizi görəcəklər. 
 
13.45
 
Rusiya sülhməramlı qüvvələrinin yüksək rütbəli nümayəndəsi azərbaycanlı fəallardan sülhməramlı kontingentin postunun ərazisini tərk etməyi tələb etsə də, fəallar kontingent komandanının əraziyə gəlməsini istəyirlər.

"Üçtərəfli bəyanata əsasən sizdən ərazini tərk etməyinizi xahiş edirəm", - hərbi geyiminə əsasən polkovnik olduğu güman edilən, lakin soyadı yazılan nişanı çıxarmış rusiyalı hərbçi deyib.

Buna cavab olaraq ekologiya üzrə QHT-ləri təmsil edən fəallar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun onlarla görüşməsini tələb ediblər.
 
13.30 
 
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının əraziyə gələn polkovniki azərbaycanlı jurnalistlərin və etirazçıların suallarını cavablandıra bilməyib. Aksiya iştirakçıları polkovnikin sərxoş olduğunu da bildiriblər. 




12.44 

Etiraz aksiyasına qoşulan Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli "Report”a açıqlamasında bildirib ki, əgər Andrey Volkov bura gələrsə, ona Azərbaycanın müvəqqəti sülhməramlılar yerləşdirilmiş ərazilərində həm ekoloqlar, həm də QHT-lər tərəfindən monitorinqin keçirilməsi tələbi çatdırılacaq. 

11.43
 
Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı aktivistlər Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət edib. 
 
"Biz sülhməramlılara öz tələblərimizi irəli sürmək üçün buraya gəlmişik. Ekoloji terrora son deyirik. Öz haqlı tələblərimizi sülhməramlıların rəhbərinin nəzərinə çatdırmaq üçün buradayıq. Bütün Qarabağda olan erməniləri də bizə dəstək verməyə çağırırıq. Çünki onlar da bizim vətəndaşlarımızdır. Baş verən ekoloji terrora onlar da susmamalıdırlar. Qarabağda yaşayan erməniləri burada keçirdiyimiz aksiyaya qoşulmağa dəvət edirik", - etirazçılar bildirib.
 
 
 11.27

Şuşa ərazisində keçirilən etiraz aksiyasının iştirakçılarından olan QHT fəalı Zəminə Zamanova "Report”a açıqlamasında deyib ki, məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaradılmasına nail olmaqdır. 

O, sülhməramlıların ermənilərin Azərbaycan ərazisində ekologiyaya zərər verən  hərəkətlərinə yol verməməli olduğunu bildirib.
 
10.41 
Bu gün Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçiriblər.
 
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Lida Abbaslı
Aytac Zeynalova 
Gülnar Nazimqızı 
  www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM