Volkswagen-ə milyardlarla dollar cərimə kəsilə bilər

22:31 | 22.09.2015
Volkswagen-ə milyardlarla dollar cərimə kəsilə bilər

Volkswagen-ə milyardlarla dollar cərimə kəsilə bilər

Cənubi Koreya hökuməti Volkswagen şirkətinin ABŞ-da dizel avtomobillərinin işlənmiş qaz tullantısı testi nəticələrini saxtalaşdırdığına görə araşdırmaya başlamaq niyyətindədir.

Volkswagen şirkəti belə halların baş verdiyini etiraf edib.

Cənubi Koreya rəsmiləri 5000-dək Volkswagen avtomobillərinin Jetta və Golf modelləri, eləcə də 2014 və 2015-ci illərdə yığılmış Audi A3s modelinə aid maşınların yoxlanacağını bildiriblər.

Problemlər aşkar ediləcəyi təqdirdə, dizel mühərriki olan bütün Almaniya istehsalı olan avtomobillər yoxlamadan keçiriləcək.

Bazar ertəsi VW konserninin səhmləri 20% ucuzlaşıb.
Avtomobillər geri çağrılır

Bundan əvvəl ABŞ ətraf mühitin qorunması strukturları Volkswagen maşınlarının yoxlanışı zamanı bəzi modellərdə işlənmiş avtomobil qazı tullantısı testi nəticələrinin saxta olduğunu güman etməyə əsas verən nəticələr əldə etmişdi.

ABŞ ətraf mühitin mühafizəsi agentliyi (EPA) aşkar edib ki, həmin avtomobillərin kompüteri test aparılan zaman maşınları ekoloji cəhətdən daha təmiz iş rejiminə keçirə bilirmiş.

Cümə günü Volkswagen ABŞ-da satılmış 5000-dək avtomobilini geri çağırıb.

Bununla yanaşı konsern milyardlarla dollarlıq cərimələrlə üzləşə bilər.

Volkswagen şirkətinin idarə heyətinin sədri Martin Winterkorn bu hadisəyə görə üzr istəyərək, Almaniya Nəqliyyat Nazirliyi tərəfindən keçiriləcək araşdırmaya kömək edəcəyini bildirib.

İlkin təxminlərə görə, 2008-ci ildən ABŞ-da satılmış VW avtomobillərinin sayını nəzərə almaqla, şirkətə qarşı cərimənin ümumi məbləği 18 milyard dollara çata bilər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM