Voronejdən Bakıya uçuşlar dayandırılıb

12:55 | 09.04.2014
Voronejdən Bakıya uçuşlar dayandırılıb

Voronejdən Bakıya uçuşlar dayandırılıb

 Rusiyanın Voronej şəhərindən Bakı istiqamətində aviareyslər həyata keçirilməyəcək.“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın beynəlxalq daşınmaların yerinə yetirilməsinə icazə verilməsi üzrə idarələrarası komissiyası qeyd edilən marşrutla yanaşı, BƏƏ (Dubay), Orta Asiya (Bişkek, Oş, Düşənbə, Daşkənd) və Cənubi Qafqazın (Bakı, İrəvan) şəhərlərinə aviareysləri həyata keçirən “Ural Hava Yolları” ASC-dən bu hüququ alıb. Qeyd edək ki, aviaşirkət Bakıya həftədə 5 dəfə, Dubaya isə 2 dəfə aviareyslər həyata keçirməyi planlaşdırırdı. Uçuşların “Airbus 319/320/321” təyyarələri ilə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Şirkət bu istiqamətdə uçuşlar həyata keçirmək üçün ötən ilin sentyabr ayında icazə alsa da, dekabr ayında qeyd edilən istiqamətlər üzrə hələlik aviareyslər həyata keçirməyəcəyini açıqlayıb. Rusiya KİV-i ehtimal ki, Voronej hava limanı orta magistral təyyarələr olan “Boeing 737” və “Airbus 319/320/321”-i (bu təyyarələr 4 000 km-ə qədər məsafədə birbaşa uçuşlar həyata keçirə bilirlər) qəbul etmək qabiliyyətinə malik deyil. Belə ki, aviareyslərin yerinə yetirilməsi üçün icazə ancaq hava limanının bəzi texniki işləri yerinə yetirməsi və heyətə zəruri təlim keçməsi əsasında baş tutur. Bütün lazımi sənədlərin dekabrın 1-dək alınması güman edilsə də, indiyə kimi bu baş verməyib. Qeyd edək ki, “Ural Hava Yolları” Yekaterinburq-Bakı aviareysini yerinə yetirir. Yekaterinburqdan Bakıya və əks istiqamətə reyslər həftənin cümə axşamları saat 15:25-də və bazar günləri saat 20:00-da həyata keçirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM