Vortexa: Aİ sanksiyalarına baxmayaraq, Rusiyadan dizel ixracı artır

14:47 | 27.03.2023
Vortexa: Aİ sanksiyalarına baxmayaraq, Rusiyadan dizel ixracı artır

Vortexa: Aİ sanksiyalarına baxmayaraq, Rusiyadan dizel ixracı artır

Martın ilk 19 günündə Rusiyadan dizel yanacağının tədarükü sutkada təxminən 1,5 milyon barrelə çatıb. Bu barədə Bloomberg məlumat yayıb. 

Rusiyadan ixrac olunan yanacağın böyük hissəsi Türkiyə, Mərakeş, Braziliya, Səudiyyə Ərəbistanı və Tunisə göndərilir. Üzən anbarlarda Rusiya dizel yanacağının miqdarında əhəmiyyətli artım var.

"Martda Rusiya neft emalı zavodlarının yüklənməsi yüksək olaraq qalıb, bu da dizel yanacağı ixracının həcmini artırmağa imkan verib. Rusiya istehsalçıları öz həcmlərini xarici alıcılara sata biləcəklərinə əmindirlər, çünki onlar kifayət qədər böyük endirimlər təklif edirlər”, -  Commodity Markets Analytics müstəqil agentliyinin direktoru Mixail Turukalov bildirib.

Avropa İttifaqı, G7 və Avstraliya ölkələri tərəfindən qəbul edilmiş Rusiyadan neft tədarükünün qiymətlərinə tavan tətbiq etmək qərarı 2022-ci il dekabrın 5-də qüvvəyə minib. Qiymət tavanı 60 dollar/barel səviyyəsində müəyyən edilib, yanvarın 15-dən sonra ona mütəmadi olaraq yenidən baxılacaq. Rusiya Qərb ölkələrinin qərarını qəbul etməkdən imtina edib. 2023-cü il fevralın 1-dən Rusiya Federasiyası qiymət tavanından istifadə edən ölkələrə Rusiya neftinin tədarükünü qadağan etməyə başlayıb.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb