Voskanyanın məhkəməsi dekabrın 11-ə təyin edilib

16:36 | 04.12.2023
Voskanyanın məhkəməsi dekabrın 11-ə təyin edilib

Voskanyanın məhkəməsi dekabrın 11-ə təyin edilib

Dekabrın 4-də Bakının Sabunçu Rayon Məhkəməsində Azərbaycanın  Kəlbəcər rayonunda saxlanılan erməni hərbçisi Qaqik Voskanyanın işi üzrə hazırlıq məhkəmə iclası keçirilib.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrlik edir.  Voskanyan vəkil və tərcüməçi ilə təmin olunub.

Voskanyanın anket məlumatlarına görə, o, 1983-cü ildə Yerevanda anadan olub,  Ermənistan vətəndaşıdır, orta təhsillidir.
 
Mahiyyəti üzrə dinləmələr dekabrın 11-nə təyin edilib.

Voskanyan 2023-cü il avqustun 16-da Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu ərazisində diversiya-kəşfiyyat qrupunun üzvü kimi fəaliyyət göstərərkən saxlanılıb. 
 
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 206.3.2 (qaçaqmalçılıq), 214.2.1 (terrorçuluq) və 318.2-ci (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunur. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM