Paytaxtın "Vosmoy bazarı” kimi tanınan məşhur "8-ci kilometr bazarı”nda kütləvi dava baş verib.
Anews.az-ın Report-a istinadən verdiyi məlumata görə, Bakının Nizami rayonunda yerləşən bazarda qeydə alınan insident zamanı 1972-ci il təvəllüdlü Qurbanov Aruz Siyafər oğlu bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb.
Zərərçəkmişin həbsdən yeni çıxdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !