Dəfn mərasiminə qatılan 60 nəfər sərt karantin rejimini pozduğu üçün cəzalandırılıb.
Anews.az bildirir ki, cəzalandırılanlar arasında meyxanaçılar Elşən Xəzər, Rəşad Dağlı, Pərviz Bülbülə və başqaları da yer alıblar.
R.Dağlının İnstaqram səhifəsində V. Biləcərinin atası Zakir Paşayevin adından müraciət yayılıb. Bildirilib ki, pandemiyaya görə yas mərasimi keçirilməyəcək və insanlar onların evlərinə gəlməsinlər:
"Pandemiya ilə əlaqədar Vüqarın 3 mərasimi keçirilməyəcək. Heç kim zəhmət çəkib gəlməsin. Xahiş edirik ki, narahatlıq yaratmasın. Vüqara yas saxlamaq istəyənlər öz evlərində, qəlblərində dua etsinlər. Bu, kifayətdir".
Qeyd edilir ki, meyxanaçı avqustun 29-da uzun müddət sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !