Vüqar Səfərli: Katibələrə ev verilməyəcək

18:20 | 25.05.2017
Vüqar Səfərli: Katibələrə ev verilməyəcək

Vüqar Səfərli: Katibələrə ev verilməyəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli son günlər jurnalistlər üçün inşa edilmiş binadan KİV-lərdə çalışan texniki işçilərə evlərin verilməyəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib. 

Anews.az-ın məlumatına görə, o, movqe.az açıqlamasında bildirib ki, texniki işçilər dedikdə, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair nəzərdə tutulur: 

"Yəni, bütün KİV-lərdə sözügedən vəzifələri tutan şəxslər jurnalistlər üçün inşa edilmiş binadan ev almağa namizəd ola bilməzlər. Digər işçilər, o cümlədən KİV-lərdə texniki yaradıcılıq prosesində iştirak edən əməkdaşların namizədlikləri də qoyulan şərtlərə uyğun olaraq işlədikləri qurumlar tərəfindən irəli sürülə bilər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti