Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR

15:30 | 18.05.2016
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR

Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR

"Beynəlxalq Muzeylər Günü” münasibətilə Azərbaycan Xalça muzeyinin kolleksiyasında "Zərgərlik inciləri” adlı ekspozisiya bölməsi açılıb.
 
ANN.Az xəbər verir ki, ekspozisiyada fondda saxlanılan 800-ə yaxın eksponatın bir qismi nümayiş olunur.
 
Zərgərlik nümunələrinin böyük hissəsi XIX əsrin sonu, XX əsrin əvvəllərinə, digərləri isə daha qədimlərə - eramızdan əvvəl IV-II minilliklərin tunc dövrünə aid edilir. Əsərlərin böyük hissəsini zinət əşyaları təşkil edir. Sərgidə həmçinin məişət əşyaları və zərgərlik sənətinin müxtəlif texnikaları ilə işlənmiş soyuq silah növləri də yer alıb. 
 
Zərgərlik fondunda saxlanılan nümunələr Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Sənət əşyaları həkketmə, şəbəkə, tökmə, basma, qarasavad, minasazlıq və başqa  texnikalarla hazırlanıb. 
 
Muzeyin "Zərgərlik inciləri” bölməsində sərgilənən əşyaların fotolarını təqdim edirik:
 

 
 
Gümüşdən hazırlanan "Başlıq", XIX əsr
 
 
 
Şəbəkə üsulu ilə gümüşdən hazırlanan kəmər, XX əsrin əvvəli
 
 
 Cızma, qarasavad, basma üsulu ilə gümüşdən hazırlanan kəmər, XX əsrin əvvəli 
 
 
Cızma üsulu ilə gümüşdən hazırlanan vaza, XIX əsr
 
 
 
Ştamp üsulu ilə gümüşdən hazırlanan toqqa, XX əsrin əvvəli
 
 
 
 
Şəbəkə üsulu ilə gümüşdən hazırlanan Sinəbənd - asma, XX əsrin əvvəli
 
 
Ştamp üsulu ilə gümüşdən hazırlanan bəzək əşyası, XX əsr
 
 
Cızma üsulu ilə qiymətsiz metaldan hazırlanmış qutular, XIX əsrin sonu
 
 
 
 
Ştamp üsulu iləgümüşdən hazırlanmış toqqa, XX əsr
 
 
 
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM