Wall Street Jorunal: "Putinin danışığı Poroşenkonu özündən çıxardı"

19:31 | 17.02.2015
Wall Street Jorunal:

Wall Street Jorunal: "Putinin danışığı Poroşenkonu özündən çıxardı"

 "Separatçıların rəhbərləri və Rusiya prezidenti Vladimir Putin Debaltsevonun bazar gününə qədər ələ keçiriləcəyi ümidi ilə atəşkəsin favralın 15-də imzalanmasını istəyirdilər".

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, "Wall Street Jorunal” yazır ki, Putinin planı baş tutmadığından qeyd edilən ərazidə şiddətli döyüşlər hələ də davam edir. Məqalədə qeyd olunur ki, Debaltsevoda gedən döyüşlərə görə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında mübahisə ilə yekunlaşan telefon danışıqları olub.

"Minsk danışıqlarında Almaniya kansleri Angela Merkel ilə Fransa prezidenti Fransua Olland Debaltsevoda döyüşlərin dərhal dayanrılmasını tələb etsələr də, Putin fevralın 15-nə qədər möhlət istəmişdi. Poroşenko isə Rusiya prezidentinin bu istəyi ilə razılaşmaq məcburiyyətində qaldı” -  "Wall Street Jorunal”da bildirilir.

Fevralın 15-də Putinin Olland və Merkellə baş tutan telefon danışıqlarında bölgədə baş verən gərginlik müzakirə edilib. Rusiya prezidenti deyib ki, Ukrayna qoşunları ərazini mühasirəyə alıblar və imzalanan sənədin əksinə gedirlər. Poroşenko buna sərt şəkildə etiraz edib.

Bundan sonra "Normand dördlüyü” arasında telefon danışığı olub və qarşılıqlı ittihamlar burada da davam edib. Jurnal yazır: "Putinin özündən razı şəkildə hadisə yerindən məlumatlı olması barədə dedikləri və Rusiya qoşunlarının Debaltsevoda olmasını inkar etməsi Poroşenkonu özündən çıxardıb. O, Rusiya prezidentini riyakarlıqda ittiham edib".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM