Walt Disney Co-ya məxsus Marvel Cinematic Universe studiyasından "Deadpool and Wolverine" filmi iki həftəsonu ərzində Şimali Amerika kinoteatrlarında 97 milyon dollar qazanıb. Bu barədə Associated Press məlumat yayıb.
Filmin ABŞ və Kanadada ümumi gəliri 395,6 milyon dollara çatıb ki, bu da R-reytinqli filmlər üçün tarixin ən yaxşı göstəricisidir. Əvvəlki rekord 2004-cü ildə "Məsihin ehtirası” dramına aid idi və 370 milyon dollar təşkil edib.
Ötən həftəsonu Şimali Amerika kassasında ikinci yeri 22,7 milyon dollar qazanan "Twister 2” filmi, üçüncü yeri isə həftəsonunda cəmi 15,6 milyon dollar toplayan M.Night Shyamalanın "Trap” trilleri tutub.
Şimali Amerikada ümumi film kassaları iyuda 1 milyard dolları ötərək, ötən ay ilin əvvəlindən bəri ən uğurlu ay olub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !