WhatsApp-a tərcümə funksiyası əlavə edilib
WhatsApp Android cihazları üçün ən son sınaq yeniləməsində avtomatik tərcümə funksiyasını təqdim edib. Bu barədə WABetaInfo məlumat yayıb.
Yeni seçim istifadəçilərə seçilmiş mesajları tərcümə etməyə və ya seçilmiş dildə bütün yeni mesajların tərcüməsini avtomatlaşdırmağa imkan verir.
Bunun üçün seçdikdən sonra müvafiq dil paketinin endirilməsi tələb olunur. Tərcümələr tamamilə cihazda aparılır ki, bu da tərcümə edilmiş məlumatların məxfiliyinə zəmanət verir.
Aşağıdakı dillər hazırda dəstəklənir: İngilis, Ərəb, İspan, Portuqal, Rus və Hind. Yeni funksiya xüsusilə müxtəlif dillərdə danışan insanlarla tez-tez ünsiyyətdə olanlar üçün faydalı ola bilər.
Bunu yoxlamaq üçün istifadəçi Google Play-dən messencerin 2.24.15.12 versiyasını endirməlidir. Proqramın əsas versiyasında avtomatik tərcümənin nə vaxt görünəcəyi məlum deyil.
WhatsApp dünyanın ən məşhur messencerlərindən biridir və 2 milyarddan çox insan istifadə edir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox