“UzNews.net” nəşri yazır ki, Özbəkistanın "Uztelekom" milli provayderi “Skype”, “WhatsApp”, “Viber” və "Mail.Ru Agent" üzərindən edilən zəngləri bloklamağa başlayıb."ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, adı çəkilən xidmətlərin istifadəçiləri oktyabrın 10-dan etibarən rabitənin keyfiyyətsizliyindən şikayət etməyə başlayıblar, amma KİV yalnız ötən həftənin sonunda bu haqda yazıb. “Skype”, “WhatsApp” və “Viber” vasitəsilə ünsiyyət qurmaq mümkündür,ancaq keyfiyyətli rabitə bir neçə saniyə davam edir. Bu halda messencerlərin istifadəçiləri mətn mesajlarını problemsiz göndərə bilərlər. “UzNews.net” onlayn nəşrinin mənbəyi əmin edir ki, rabitəni "Uztelekom" milli provayderi bloklayır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !