“WhatsApp” bu ölkədə qadağan olundu

00:07 | 04.03.2015
“WhatsApp” bu ölkədə qadağan olundu

“WhatsApp” bu ölkədə qadağan olundu

"WhatsApp” şəbəkəsi pornoqrafik materialların paylaşılması səbəbi ilə Braziliyada qadağan edilib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qrup istifadəçi şəbəkədə uşaq pornoqrafiyası materiallarının paylaşılması şikayəti ilə məhkəməyə müraciət edib.
 
Şikayətə baxan məhkəmə "WhatsApp” şirkətinə sorğu göndərib, ancaq Braziliyada ofisi olmayan şirkətdən cavab ala bilməyib. Bunu əsas gətirərək məhkəmə şəbəkənin ölkə üzrə fəaliyyətini qadağan edən qanun çıxarıb.
 
Hakim qadağanın nə vaxt götürüləcəyi barədə heç bir məlumat verməyib. Ancaq şirkətin Braziliyada milyonlarla istifadəçisini itirdiyinə görə tezliklə məhkəmə ilə əməkdaşlığa başlayacağı güman edilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM