WhatsApp istifadəçilərinə pis XƏBƏR

09:54 | 25.07.2014
WhatsApp istifadəçilərinə pis XƏBƏR

WhatsApp istifadəçilərinə pis XƏBƏR

Yaddaşda qeyri-kafi səhvlər ortaya çıxıb.

WhatsApp istifadəçilərinə pis xəbər var.ANS PRESS xəbər verir ki, populyar cəld mesajlaşma sistemində Google Play-dəki son aktuallaşdırılmadan sonra yaddaşda qeyri-kafi səhvlər ortaya çıxıb. Son bir həftə ərzində səhvin düzəlməsini gözləyən istifadəçilər WhatsApp-ı tənqid atəşinə tutub.Şirkət proqram təminatında səhvlər olduğunu təsdiqləsə də əlavə şərh verilməyib. Dəfələrlə eyni əməliyyatı sınayan minlərlə istifadəçinin qarşısına “Müvəffəqiyyətsiz oldu. Yaddaş qeyri-kafi. Xahiş edirik, daha sonra təkrar yoxlayın” xəbərdarlığı çıxır. Telefon yaddaşından bir neçə fotoşəkil sildikdən sonra təkrar sınayan istifadəçilər bir anlıq hər şeyin normal olduğunu hiss etsələr də səhvin aradan götürülməsi üçün konkret həll yolu tapılmayıb. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM