“WhatsApp” messencerində nasazlıq

21:00 | 15.05.2014
“WhatsApp” messencerində nasazlıq

“WhatsApp” messencerində nasazlıq

Mayın 15-də internetdə istifadəçilər populyar “WhatsApp” mobil messencerinin işləməməsi barədə məlumat yayıblar. Bildirilib ki, mesaj göndərmək və qəbul etmək qeyri-mümkündür. Bununla belə, messencer bəzi istifadəçilərdə normal işləyir, bəzilərində yox.

 

“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “WhatsApp” messencerində nasazlıq haqqında xəbərlər xarici mətbuatda yayılıb. Tətbiqin rəsmi saytında onun tərtibatçıları hələ ki bu barədə susurlar. Eyni zamanda, kənar mütəxəssislər qeyd ediblər ki, artıq “WhatsApp” messencerində dəfələrlə belə nasazlıq müşahidə olunub.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM