“WhatsApp” şəxsi məlumatları “Facebook”da paylaşacaq

22:16 | 08.01.2021
“WhatsApp” şəxsi məlumatları “Facebook”da paylaşacaq

“WhatsApp” şəxsi məlumatları “Facebook”da paylaşacaq

WhatsApp” messencerindən istifadə şərtləri yenilənəcək.

Anews.az xəbər verir ki, istifadəçilər bundan sonra messencerdən istifadəyə davam etmək üçün şəxsi məlumatlarını "Facebook” ilə paylaşmağa məcbur olacaq.

Xarici KİV-lərdə yer alan xəbərlərə əsasən, 2021-ci il fevralın 8-dən etibarən "WhatsApp” istifadəçiləri şirkətin yeni şərtləri ilə razılaşmalı olacaqlar.

Belə ki, messencerin "Facebook”a göndərəcəyi informasiya istifadəçi hesabı ilə bağlı qeydiyyat məlumatlarını (həmçinin telefon nömrəsi) və tranzaksiyalar haqqında xəbərləri əhatə edəcək.
 
Həmçinin "Facebook”a istifadəçilərin mobil qurğuları haqqında informasiya, IP ünvanlar və sair bu kimi məlumatlar göndəriləcək

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb