“WhatsApp” messenceri Almaniyada öz mobil rabitə tarifini istifadəyə verib. Tarif istifadəçilərə messencerdən hesabda hətta pul olmadıqda limitsiz istifadəyə imkan verir.Şirkət SİM kartların satışını Almaniyanın “E-Plus” mobil operatoru ilə birlikdə həyata keçirəcək ki, bununla da “WhatsApp” virtual mobil rabitə operatoruna çevrilir. Şirkət nümayəndələrinin sözlərinə görə, İT-şirkət ilk dəfədir operator ilə belə saziş imzalayır. Əvvəlcədən edilən ödəniş modeli üzrə işləyən “WhatsApp” SİM kartlarının tarifi 10 avro təşkil edir ki, bunun da hesabına istifadəçi 600 danışıq vahidi əldə edir. Hər vahidi bir meqabaytlıq məlumata, bir dəqiqəlik danışığa və ya bir SMS-bildirişə sərf etmək olar. Bu xərclərə istifadəçilərin 600 vahidi sərf etdikdən sonra limitsiz istifadə edə biləcəkləri “WhatsApp” məlumatlarının yüklənməsi daxil deyil.Tarif dəyəri bir dollar olan əlavə üçün illik ödənişin ləğv edilməsini nəzərdə tutmur. Şirkət limitsiz çıxışın bu yaxınlarda messencerdə yer alacaq səsli zənglərə şamil ediləcəyi barədə məlumat vermir.“WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti “Facebook” sosial şəbəkəsi 19 milyon dollara satın alıb. Almaniyada “WhatsApp” smartfonların 90 faizində quraşdırılıb. Bu isə o deməkdir ki, ondan ölkə əhalisinin 30 milyonu istifadə edir.//İctnews.az
Bizi sosial şəbəkələrdə izləyin !