“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir

10:32 | 18.10.2020
"WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir. Belə ki, tətbiqin içərisində xüsusi çatın köməyi ilə mütəxəssislə əlaqə yaradılacaq və hər hansı problemi həll etmək mümkün olacaq.
Anews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "WeBetaInfo” məlumat yayıb.
Məlumata görə, "Android” əməliyyat sistemi üçün tətbiqin "Ayarlar” menyusunda istifadəçinin sorğu göndərə biləcəyi bölmə yaradılıb. Bura cihaz və orada olan hər hansı bir problem haqqında məlumat daxil ediləcək, sonra texniki mütəxəssislə əlaqə qurulacaq.
O da bildirilir ki, funksiya hazırlanır, ancaq buraxılma tarixi məlum deyil.
Daha əvvəl mesajlaşmaya dəstək xidməti ilə əlaqə qurmaq üçün xüsusi poçt ünvanına elektron məktub göndərmək lazım idi.
www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti