İran prezidenti Həsən Ruhani “WhatsApp” sosial şəbəkəsinə qoyulmuş qadağanın aradan qaldırılması barədə göstəriş verib.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi açıqlama verib.
Onun sözlərinə görə, “WhatsApp” zərərli deyil, əxlaq və mənəviyyata da xələl vurmur: “Nə qədər ki, ölkədə bu cür şəbəkələrin alternativi yoxdur, hökumət də onların qarşısını almamaqla bağlı razılaşıb”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !