Hesabatların birində Agentlik tərəfindən sözü gedən məlumatların Avstraliya, Kanada, Böyük Britaniya və Yeni Zelandiyaya ötürülməsi bildirilir.
Bundan əlavə Wikileaks ABŞ Milli Təhlükəsilik Agentliyi tərəfindən telefon danışıqlarının izlənilməsi planlaşdırılan 35 hədəfin siyahısını açıqlayıb. Onlar arasında Yaponiyanın Nazirlər Kabineti, Yaponiya Bankının əməkdaşları, ölkənin Maliyyə və Ticarət nazirlikləri, "Mitsubishi" və "Mitsui" şirkətləri də var.
Yaponiya hökuməti məlumatı hələlik şərh etməyib. Əvvəllər Wikileaks saytı ABŞ Milli Təhlükəsilik Agentliyi tərəfindən Almaniya, Fransa və Braziliyanın izlənilməsi barədə analoji sənədlər dərc edib.
2015-ci ilin iyun ayında Fransa və Almaniya kütləvi informasiya vasitələri portala istinad edərək Agentliyin Fransanın və Almaniyanın siyasi xadimləri və biznesmenləri, o cümlədən Fransanın üç sabiq prezidenti və Almaniyanın keçmiş kanslerinə qarşı casusluq etməsi haqqında məlumat yayıb. //anspress.com
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !