“Wizz Air”in təyyarəsində dava

11:40 | 24.07.2017
“Wizz Air”in təyyarəsində dava

“Wizz Air”in təyyarəsində dava

Wizz Air aviakompaniyasında xoşagəlməz hal baş verib.

Oxu.Az xəbər verir ki, Polşanın Katoviçə şəhərindən İngiltərənin London şəhərinə "Wizz Ar"” şirkətinə məxsus olan təyyarədə bir şəxs təyyarə uçarkən qapını açmaq istəyib.

David Salon adlı sərnişinin sözlərinə görə, orta yaşlı kişi təyyarənin qabaq hissəsində, qəza çıxışının yaxınlığında xanımın yanına əyləşib: "Birdən-birə qalxdı və qəza çıxışının qapısını açmağa çalışdı. Onun yanında oturan qadın şok vəziyyətinə düşdü. Yaxşı ki, yaxınlıqda uca boylu polyaklar oturmuşdu. Onlar qapını açmaq istəyən sərnişini yerə yıxıb, onu fikirindən daşınmağa məcbur etdilər”. 

İngilis polisi qeyd edib ki, Londonda yerləşən Luton aeroportunda polis təyyarədəki sərnişinlərin həyatı üçün təhlükə yaratdığı üçün şübhəli şəxsi saxlayıb. Sərnişin xəstəxanaya aparılıb, hazırda isə polis tərəfindən dindirilir.

"Wizz Air” aviaşirkəti əlavə edib ki, Polşanın Katoviçə şəhərindən İngiltərənin London şəhərinə uçuş həyata keçirən təyyarədə (aviareys W61005) sərnişinlərdən biri özünü idarə edə bilməyib və təhqiramiz ifadələr işlədib. Təyyarə enəndən sonra sərnişin polis tərəfindən saxlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM