• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

"World telecom" müştərilərin hüquqlarını pozur - Qanun nə deyir?...

08.05.2024 17:03
"World telecom" şirkəti müştərilərinə müqavilədə qeyd olunan online ödəniş xidmətini göstərə bilmir və problemin nə zaman həll olunacağını da demir. Bu barədə anews.az-a Gülnar Əliyeva(şərti ad) sayta müraciət edərək şirkətdən şikayətçi olduğunu bildirib. 
 
"Mağazadan telefon almışam. Müqavilədə qeyd olunub ki, ödənişi həm nağd, həm də online qaydada ödəyə bilərəm. İşlədiyim üçün və mənə yaxın mağaza olmadığı üçün bunu nağd icra edə bilmirəm. Şirkətdən isə bildirirlər ki, sistemdə problem var və nə zaman bərpa olunacağı da bəlli deyil. Ödənişi vaxtında ödəməyəndə də adına gecikmə vurulur", - şikayətçi söyləyib. 
 
Digər şikayətçi Günay Bağırova(şərti ad) anews.az-a şikayətində qeyd edir ki, nağd ödəniş zamanı da oxşar problem yaranıb.
 
"World telecom"dan kompüter almışam. Nağd ödəniş etməyə getdiyim zaman mənə bildirildi ki, sistemdə problem var ödəniş etmək mümkün deyil. Bir gün sonra isə mənə zəng edib dedilər ki, ödənişi etməsəniz adınıza problemli kredit düşəcək. Onlara izah etdim ki, mən ödəniş üçün yaxınlaşmışdım, sadəcə sizin sistem işləmədiyi üçün ödəniş icra olunması mümkün olmadı. Mağazadan bildirdilər ki, bunun heç bir aiddiyatı yoxdur. Ödəniş olunmasa mənim adıma gecikmə kimi yazılacaq", - Bağırova bildirib. 
 
Yaranmış problemi "World telecom"dan təsdiq ediblər. Bildirib ki, online qaydada ödənişin icra olunması problemin nə zaman bərpa olunacağı məlum deyil. Ona görə də hər kəs mağazaya yaxınlaşıb ödəniş etməlidir. 
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüsenov bildirir ki, bu "İstehlakçıların hüquqları haqqında" qanunun pozulmasıdır. 
 
"Azərbaycanda vətəndaşlarla bağlanan müqavilələrdə əksər hallarda vətəndaşların hüquqları nəzərə alınmır. Əksər hallarda müqavilələr birətərəfli olur. Bəzən xırda hərflərlə yazılır ki, yaşlı adamlar onu oxuya bilməsin. Texniki, mobil cihazlar satan firmalar əl-ələ verib sanki istehlakçıları aldatmaq üçün hər bir variantlardan istifadə edir. Bu hal istehlakçıların hüquqlarının pozulmasıdır. Ən əsası Azərbaycanda və dünyada məsadədən ödəmək tendensiyası hökumətin də stateji məqsədlərindən biri olduğu halda, bu cür şirkətlər hökumətin apardığı bu siyasəti boykot etmək deməkdir", - Hüseynov bildirib. 
 
Gülnar Nazimqızı 
 

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol