• $ 1.7
  • € 1.9335
  • ₽ 0.020591
  • ₺ 0.0442
  • £ 2.2638

Səudiyyə Ərəbistanı gənc şairin başını kəsməyə qərar verdi

Səudiyyə Ərəbistanı gənc şairin başını kəsməyə qərar verdi
25.11.2015 18:13
Şair Əşrəf Fəyyad – Səudiyyə Ərəbistanında doğulmuş fələstinlidir, "Edge of Arabia" incəsənət təşkilatının üzvüdür. 2013-cü ildə o, 55-ci Venesiya müasir incəsənət biennalesində "Rhizoma (Gözləyən nəsil)”  sərgisinin kuratoru olub.

Səudiyyə Ərəbistanında məhkəmə Əşrəf Fəyyada ölüm hökmü çıxarıb. O, bidətdə ittiham olunur. Şeirlərində, sosial şəbəkələrdəki yazılarında müqəddəs dəyərlərə hörmətsizlik etməkdə günahlandırılır.

Human Rights Watch xəbər verir ki, Ə.Fəyyad özü bu ittihamları rədd edir, ona qarşı Səudiyyə Ərəbistanının Fəzilətə Çağırış və Pozulmaqdan Qorunmaq Komitəsinə yazılmış yanlış donoslar əsasında məhkum edildiyini deyir.

Şəriət Qvardiyası (Səudiyyə Ərəbistanının polisi) bu şairi Fəzilətə Çağırış və Pozulmaqdan Qorunmaq Komitəsinin göstərişiylə 2013-cü ilin avqustunda tutub. Komitə bəyan edib ki, onlara bu şairin hökumət və Məhəmməd peyğəmbər əleyhinə senzurasız sözlər dediyi, ateizm və inancsızlıq təbliğ etdiyi haqda anonim məktub gəlib.

2014-cü ilin mart ayında Əşrəf Fəyyada 4 il həbs və 800 qamçı cəzası verilib, amma sonra bu hökmə yenidən baxılıb, hökm 17 noyabrda ölüm cəzasıyla əvəzlənib.

İndi Fəyyadın 3 həftəsi qalıb. Səudiyyə Ərəbistanında ölüm cəzası meydanda camaatın qarşısında başın kəsilməsiylə icra olunur.

"Səudiyyə Ərəbistanı insanları şəxsi mülahizələrinə görə həbs etməyə son qoymalıdır. Əşrəf Fəyyadın başının kəsilməsi qərarı isə bu hökmü daha da iyrənc edir” - Human Rights Watch təşkilatının Yaxın Şərq üzrə direktoru Sarah Leah Whitson deyib. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
Dünya 23:52
ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
ABŞ-dən Meksikaya 39 minə yaxın miqrant deportasiya edilib
Dünya 23:46
ABŞ-dən Meksikaya 39 minə yaxın miqrant deportasiya edilib
Danimarka ABŞ məhsullarını boykot edir
Dünya 22:46
Danimarka ABŞ məhsullarını boykot edir
İranda daha bir partlayış: Ölən və yaralananlar var
Dünya 22:04
İranda daha bir partlayış: Ölən və yaralananlar var
İspaniyada elektrik probleminə görə ölənlər var
Dünya 21:28
İspaniyada elektrik probleminə görə ölənlər var
Netanyahunun korteji qəzaya düşüb
Dünya 20:11
Netanyahunun korteji qəzaya düşüb
Çində restoranda yanğın olub, ölən və yaralananlar var
Dünya 19:38
Çində restoranda yanğın olub, ölən və yaralananlar var
Urmiyada məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, 11 yaralı var
Dünya 19:00
Urmiyada məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, 11 yaralı var
Limandakı partlayışın səbəbi diversiya ola bilər - İran hakimiyyəti
Dünya 17:17
Limandakı partlayışın səbəbi diversiya ola bilər - İran hakimiyyəti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol