Təbriz İslam dünyasının turizm şəhəri elan olundu

Bu haqda qərar İslam Əməkdaşlıq Təşkilatının toplantısında qəbul edilib
İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri 2018-ci il üçün İslam ölkələrinin nümunəvi turizm şəhəri seçilib.
"Report" xəbər verir ki, bu haqda "azeri.sahar.tv" məlumat yayıb.
Məlumata görə, bu haqda qərar İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri turizm nazirlərinin Nigerin paytaxtı Nyamidə keçirilən 9-cu konfransında, ekspertlərin iclasında qəbul edilib.
2017-ci il üçün isə Səudiyyə Ərəbistanın Mədinə şəhəri İslam dünyasının nümunəvi turizm şəhəri elan olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər