Ohanyan: Biz Rusiyadan silah təchizatını sürətləndiririk

Ermənistanın Müdafiə naziri açıqlama verib.
Ermənistan tərəfi Rusiya silahlarının təchizatını sürətləndirilməsi üzərində işləyir.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskvada səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyan bəyan edib.
Onun sözlərinə görə, Rusiya ilə Ermənistan həmişəki kimi tərəfdaş münasibətlərində qalırlar, "heç nə dəyişməyib”.
"Biz əldə olunmuş silahların mümkün qədər tez Ermənistana çatdırılması üzərində işləyirik”, - nazir belə deyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 