• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

Smartfon üçün sınmayan ekran icad olundu

Smartfon üçün sınmayan ekran icad olundu
15.09.2016 16:24
Böyük Britaniyada Sasseks Universitetinin alimləri smartfon üçün nazik gümüş nanonaqil qatından sınmayan ekran ixtira ediblər. Alimlərin sözlərinə görə, belə ekranın sensor keçiricilik qabiliyyəti şüşə ekrandan daha yaxşı olacaq.

"ICTnews” Elektron Xəbər Xidməti "cnews.ru” saytına istinadən yazır ki, layihə müəlliflərinin sözlərinə görə, material miqyaslama ilə bağlı məhdudiyyətlərə malik deyil, buna görə noutbuk və televizorların sensor ekranları üçün də istifadə edilə bilər. Belə ekranların istehsalı adi ekranlarla müqayisədə beş dəfə daha ucuz başa gələcək.

Adi ekran şüşəsi qatının alt hissəsinə barmaq toxunuşuna həssas elektrodlar yerləşdirilib. Bu elektrodlar indium oksid və qalaydan hazırlanıb. Gümüş nanonaqil daha möhkəm elektrod strukturu təmin edir.

Sasseks Universitetinin professoru və ixtiranın müəlliflərindən biri Alan Dalton deyir ki, adi displeyin hər bir pikseli subpiksellərə bölünüb. Adətən onlar qırmızı, yaşıl və göy rəng üçün olan piksellərdir. Gümüş nanonaqil də subpiksellərə malikdir ki, bu da yüksək dəqiqlikli ekranlar hazırlamağa və şəffaflığını saxlayan nazik naqil qatı yaratmağa imkan verir. Bu halda plyonka mexaniki zədələrə dayanıqlı olduğundan ekranı sındırmaq mümkün deyil.

Alimlər "M-Solv UK” şirkəti ilə birgə texnologiyanın kommersiya istifadəsini planlaşdırır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-ın Bakıdakı Müstəqillik Günü qəbulu təxirə salınıb
Dünya 12:13
ABŞ-ın Bakıdakı Müstəqillik Günü qəbulu təxirə salınıb
İran "Hörmüz"dən keçən gəmilərə raket ata bilər
Dünya 10:50
İran "Hörmüz"dən keçən gəmilərə raket ata bilər
Kiyevə raket hücumu nəticəsində 4 nəfər ölüb, yaralılar var
Dünya 10:00
Kiyevə raket hücumu nəticəsində 4 nəfər ölüb, yaralılar var
İsrail Kirmanşahdakı hərbi hədəflərə zərbələr endirib- SON XƏBƏRLƏR
Dünya 09:10
İsrail Kirmanşahdakı hərbi hədəflərə zərbələr endirib- SON XƏBƏRLƏR
İranın xarici işlər naziri Moskvada səfərdədir
Dünya 23:52
İranın xarici işlər naziri Moskvada səfərdədir
ABŞ nüvə bombasını Tehranın əlindən aldı - Tramp
Dünya 22:56
ABŞ nüvə bombasını Tehranın əlindən aldı - Tramp
Tehranda aksiya keçirilir - Video
Dünya 21:53
Tehranda aksiya keçirilir - Video
ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq edib
Dünya 21:48
ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq edib
Suriyada partlayış olub, 15 nəfər ölüb
Dünya 21:13
Suriyada partlayış olub, 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol