• $ 1.7
  • € 1.9894
  • ₽ 0.021364
  • ₺ 0.0417
  • £ 2.3077

Tarixin ən bahalı 5 telefonu - SİYAHI

Tarixin ən bahalı 5 telefonu - SİYAHI
28.05.2020 21:34
Mütəxəssislər tarixin ən bahalı 5 telefonunu müəyyən ediblər.

ANN.Az lent.az-a istinadən xəbər verir ki, belə bir dəbdəbə bəşər tarixi boyunca görünməyib. 

Siyahıya ancaq qiyməti 1 milyon dolları üstələyən modellər daxil edilib. Adi insanlar smartfondan rabitə vasitəsi, pleyer, foto aparat, internetə daxil olmağın qısa yolu və kitab kimi istifadə edirlər. Onlar üçün smartfon gündəlik istifadə olunan əşyadır.
 
Ancaq xüsusi bir zümrə var ki, onlar üçün telefonun qiyməti və görünüşü sahibinin status və maddi vəziyyətinin göstəricisidir. Onların istifadə etdikləri cihazlar seriya ilə istehsal olunur və bahalı metallarla, daş-qaşlarla bəzədilir. Bu siyahıya isə ancaq qiyməti 1 milyon dollardan hiss olunacaq dərəcədə baha olan cihazlar düşüblər.
 
Birinci yeri dünyanın ən bahalı smartfonu kimi "iPhone 5 Diamond Rose Edition" tutur. Onun korpusu 500 almaz daşı ilə bəzədilib, "Ev" düyməsi isə səkkiz karatlıq çəhrayı almazla parıldayır. Bu telefonun qiyməti 8 milyon ABŞ dollarından artıqdır.
 
İkinci cərgədə "iPhone 3GS Supreme" modeli qərarlaşıb. Onun korpusu 270 qram qızıldan və 136 ədəd parıldayan brilyantdan ibarətdir. Onun qiyməti 3,2 milyon dollardır.
 
Üçüncü yerdə 6,6 karat brilyantla bəzədilmiş "iPhone 3GS Kings Button" telefonu durur. Onun qiyməti 2,5 milyon dollardır.
 
Dördüncü yeri Rusiya istehsalı olan smartfon tutur. Smartfonu Avstraliyadan olan zərgərlər bəzəyib və bu cihazın son qiyməti 2 milyon dollar dəyərində qiymətləndirilir.
 
Beşinci yeri isə İsveçrənin "GoldVish Le Million" smartfonu tutur. Korpusu ağ qızıldan olan və brilyantlarla bəzədilmiş bu smartfonun qiyməti 1,2 milyon dollar qiymətləndirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Dünya 23:33
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Dünya 22:10
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Dünya 21:27
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Dünya 20:30
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Britaniyada hava limanında iki təyyarə toqquşub
Dünya 20:27
Britaniyada hava limanında iki təyyarə toqquşub
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Dünya 19:06
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Dünya 19:00
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
Dünya 18:05
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
“Hizbullah” Livan hökumətini təhdid edib
Dünya 13:34
“Hizbullah” Livan hökumətini təhdid edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol