• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Moskvada Qələbə paradı keçirilib

Moskvada Qələbə paradı keçirilib
09.05.2017 14:37
Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Moskvanın Qızıl Meydanında  Qələbə Paradı keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paradda Rusiya prezidenti Vladimir Putin, Moldova prezidenti İqor Dodon, Rusiyanın dövlət və hökumət rəsmiləri iştirak ediblər.

10 min hərbçi, 114 döyüş texnikası, 72 hərbi təyyarə və helikopterin iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib. Müdafiə nazirinin prezidentə bütün növ qoşunların parada hazır olduğu barədə məruzəsindən sonra hərbi parad başlayıb.

Öncə hərbi məktəblərin kursantları, Hava və Quru Qoşunlarının, Dəniz Qüvvələrinin, Daxili Qoşunların əsgər və zabitləri tribuna qarşısından keçib. Sonra Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular nizami keçid edib.

Sonra hərbi texnikanın keçidi olub.

Paradın sonunda hərbi aviasiyanın uçuşları nəzərdə tutulsa da, hava şəraiti ilə əlaqədar hərbi keçidin bu hissəsi təxirə salınıb.

Parad bitəndən sonra V. Putin və İ. Dodon İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüb, Naməlum Əsgərin məzarı önünə əklil qoyublar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Dövlət Departamentinin 1300-dən çox əməkdaşı işdən çıxarılıb
Dünya 09:51
ABŞ Dövlət Departamentinin 1300-dən çox əməkdaşı işdən çıxarılıb
İranda Türkiyə vətəndaşı itkin düşüb
Dünya 09:21
İranda Türkiyə vətəndaşı itkin düşüb
Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub
Dünya 22:19
Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
Dünya 21:47
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
ABŞ Senatı Ukrayna üçün 500 milyon dollarlıq silah yardımını təsdiqləyib
Dünya 20:52
ABŞ Senatı Ukrayna üçün 500 milyon dollarlıq silah yardımını təsdiqləyib
Hindistan XİN rəhbəri Çinə səfər edəcək
Dünya 20:10
Hindistan XİN rəhbəri Çinə səfər edəcək
Lavrov Şimali Koreyaya səfər edib
Dünya 19:20
Lavrov Şimali Koreyaya səfər edib
Yaxın günlərdə PKK-nın silahları təhvil verməsinin ikinci mərhələsinə başlanılacaq
Dünya 19:00
Yaxın günlərdə PKK-nın silahları təhvil verməsinin ikinci mərhələsinə başlanılacaq
Ərdoğandan PKK-nın tərksilah prosesinə münasibət
Dünya 18:30
Ərdoğandan PKK-nın tərksilah prosesinə münasibət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol