Türk xüsusi təyinatlılar Azərbaycan bayrağı taxdı

Türkiyənin ən məşhur seriallarından birində Azərbaycan sürprizi. İstiPress-in məlumatına görə, FOX tv-də yayımlanan "Savaşçı" filminin bu seriyasında Azərbaycan-Türkiyə münasibətlərindən, iki dövlətin bir-birinə və türk əsgərinin Azərbaycana dəstəyindən bəhs ediləcək. Filmin yayaılan fraqmanı bu barədə deməyə əsas verir.
Anonsdan göründüyü kimi terrorçular iki dövlətin birləşməsinin qarşısını almaq üçün plan qururlar. Lakin "qardaş qardaşa çətin gündə lazım olar" ifadəsi və komandirin əmri ilə birliyin əsgərlərinin geyimlərinə Azərbaycan bayraqları taxaraq əməliyyata başlayırlar.
Xatırladaq ki, adıçəkilən film Türkiyədə "bordo bərəlilər" kimi tanınan xüsusi təyinatlı dəstəsinin terrorçularla mübarizəsindən bəhs edir. Üstün bacarıqları, peşə borcu və vətənə sevgisi ilə seçilən "Qılınc briqadası" (Kılıç Timi) ölkənin ehtiyacı olduğu hər qaynar nöqtədə çalışmağa hazırdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 