• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Lavrov şikayətləndi: Dezinformasiyalar yaymayın

Lavrov şikayətləndi: Dezinformasiyalar yaymayın
29.05.2020 09:52

"Müdaxiləmiz barədə dezinformasiyalar yaymayın"

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya hərbi avadanlıqlarının Ukrayna ərazisinə girməsi barədə məlumata malik olmadığını bildirərək, hər zaman müdaxilə barədə dezinformasiyalar yayılmasından şikayətlənib.

ANS PRESS-in məlumatına görə, o eyni zamanda Rusiyanın “qarşıdan gələn bir neçə gündə” Ukraynanın şərqinə daha bir humanitar yardım karvanı göndərməyi planlaşdırdığını bildirib.

Rus nazir deyib ki, Şərqi Ukraynadakı humanitar şərait “pisləşməkdədir”.

Ukrayna Rusiyadan göndərilmiş birinci yardım karvanına rəsmi razılıq verməmişdi. Kiyev yardım karvanında rusiyapərəst separartçılar üçün hərbi yüklər gətirilə biləcəyindən narahat idi.

Ukrayna rəsmiləri bildiriblər ki, bazar ertəsi zirehli maşınlardan ibarət hərbi karvan Rusiya ərazisindən Ukraynaya keçib və orada ağır toqquşmalara səbəb olub.

Sərhədin Ukraynanın cənub-şərqində yerləşən Mariupol şəhəri yaxınlığında keçildiyi xəbər verilib.

“Ukrayna sərhədi onlarca tank və zirehli maşından ibarət karvan tərəfindən pozulub” – hərbi sözçü Leonid Matyukhin France-Press Agentliyinə deyib.

“Karvanın qarşısı bizim sərhəd keşikçilərimiz tərəfindən kəsilib…Orada döyüşlər davam edir” – deyib sözçü.

Son aylarda Ukrayna hökumət qüvvələri ilə separatçılar arasında davam edən döyüşlərdə 2000 nəfər həlak olub. 330 min insan evlərini tərk edib.

Rusiya və Ukrayna prezidentlərinin böhrana dair danışıqlarının çərşənbə axşamı Belarusiya paytaxtı Minskdə keçirilməsi planlaşdırıılır.

Cənab Lavrov deyib ki, Ukrayna Xarici İşlər Nazirliyinə yeni karvan barədə nota göndərilib.

Bazar ertəsi keçirilən mətbuat konfransında nazir deyib ki, Ukraynanın şərqindəki “humanitar vəziyyət yaxşılaşmır, əksinə pisləşməkdə davam edir”.

“Biz qarşıdan gələn günlərdə ikinci karvanın eyni marşrutla çatdırılmasının bütün şərtlərinə dair razılaşma əldə etmək istəyirik” – deyib Lavrov.

Rusiya bildirir ki, birinci karvanla generatorlar, ərzaq və su çatdırılıb.

Ukrayna mənbələri xəbər verirlər ki, üzərində qondarma Donetsk Xalq Respublikasının bayraqları olan 30-dək zirehli maşından ibarət karvan liman şəhəri Mariupol yaxınlığında Ukrayna ərazisinə daxil olub.

Mariupol hazırda ötən may ayında buranı qiyamçılardan geri almış Ukrayna qüvvələrinin nəzarətindədir.

Zirehli karvan barədə suala cavab verərkən cənab Lavrov deyib: “bu barədə heç nə eşitməmişəm, lakin bu günlərdə bizim “müdaxiləmiz” barədə xeyli dezinformasiya yayılır”.

Ukrayna və Qərb Rusiyanı qiyamçıları silahlandırmaqda ittiham edirlər, Moskva isə bu iddiaları rədd edir.

Sərhədin zirehli maşınlar tərəfindən keçilməsinə dair əvvəllər də xəbərlər yayılıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran prezidenti ABŞ-la danışıqlara başlamağı Əraqçiyə tapşırıb
Dünya 10:56
İran prezidenti ABŞ-la danışıqlara başlamağı Əraqçiyə tapşırıb
Ukrayna SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Dünya 23:49
Ukrayna SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Tehranda etiraz aksiyaları ilə əlaqədar dörd əcnəbi saxlanılıb
Dünya 23:30
Tehranda etiraz aksiyaları ilə əlaqədar dörd əcnəbi saxlanılıb
ABŞ-İran danışıqları İstanbulda keçiriləcək
Dünya 23:06
ABŞ-İran danışıqları İstanbulda keçiriləcək
ABŞ Hindistana tətbiq etdiyi rüsumları 18 %-ə endirəcək
Dünya 22:20
ABŞ Hindistana tətbiq etdiyi rüsumları 18 %-ə endirəcək
Britaniya İranın daxili işlər nazirinə sanksiya tətbiq edib
Dünya 21:27
Britaniya İranın daxili işlər nazirinə sanksiya tətbiq edib
Mark Rütte Ukraynaya səfər edəcək
Dünya 21:10
Mark Rütte Ukraynaya səfər edəcək
Paşinyan Əbu-Dabiyə səfər edəcək
Dünya 18:06
Paşinyan Əbu-Dabiyə səfər edəcək

Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Dünya 17:36
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox