• $ 1.7
  • € 1.9252
  • ₽ 0.021118
  • ₺ 0.044
  • £ 2.2614

Alimlərdən SENSASİON ARAŞDIRMA: ölülər məzarda hərəkət edir və... - VİDEO

Alimlərdən SENSASİON ARAŞDIRMA: ölülər məzarda hərəkət edir və... - VİDEO
17.09.2019 17:19
Avstraliyalı araşdırmaçılar indiyədək irəli sürülən nəzəriyyələrin əksinə olaraq, ölülərin məzarda "sakit yatmadıqlarını” iddia edib.

Anews.azTeleqraf.com-a istinadan xəbər verir ki, sürətləndirilmiş kameralarla reallaşdırılan çəkilişlərdə ölü bədənin quruma və çürümə prosesində üzvlərinin hərəkət etdiyini ortaya çıxarıb.
70 cəsəd üzərində araşdırma aparan Avstraliya Təcrübə Araşdırmaları Mərkəzi (AFTER) ölmüş bədənin bir il keçdikdən sonra belə orqanların hərəkət etdiyini aşkar edib.

Sürətləndirilmiş kameralar 17 ay ərzində hər 30 dəqiqədən bir cəsədlərin fotolarını çəkib. Əldə edilən nəticələrdə bədənin quruma və çürümə prosesində hərəkət etdiyi bəlli olub. Bunun xüsusən detektivlər və patoloqlar üçün önəmli bir kəşf olduğu bildirilib.
Araşdırmaçı Alison Vilson qeyd edib ki, araşdırmalar zamanı qolların hiss ediləcək səviyyədə hərəkət etdiyini üzə çıxarıblar: "Bədəni sarılmış və ya bədənin yanında duran qollar ya yana düşür, ya da geniş açılır. Yana açılan qollar yenidən geri hərəkət edərək bədənə toxunur”.

Vilsona görə, bu hərəkətlənmə birləşdirici toxumaların qurumasıyla bədənin kiçilib büzülməsindən irəli gələ bilər.
Nyukasl Universitetinin anropoloqu Xante Mallett isə bildirib ki, ölünün hərəkət etməsi insanları təəccübləndirəcək: "Mən bunu görəndə heyrətləndim, qolların bu formada hərəkət etməsini görəndə ağzım açılı qaldı”.

Bugünədək cəsədin uzun illərdən sonra da, məzara qoyulmuş vəziyyətdə qalmasına inanılırdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konklavın ilk səsverməsində yeni Roma Papası seçilməyib - Yenilənib
Dünya 23:33
Konklavın ilk səsverməsində yeni Roma Papası seçilməyib - Yenilənib
Tramp Hindistan və Pakistanla bağlı mövqeyini bildirib
Dünya 23:31
Tramp Hindistan və Pakistanla bağlı mövqeyini bildirib
Ledi Qaqanın konsertində terror aktına cəhd olunub
Dünya 23:27
Ledi Qaqanın konsertində terror aktına cəhd olunub
Estoniya Moskvaya uçan xarici təyyarələr üçün hava məkanını bağlayıb
Dünya 23:12
Estoniya Moskvaya uçan xarici təyyarələr üçün hava məkanını bağlayıb
Tramp 8 may tarixini ABŞ-da Qələbə Günü elan edib
Dünya 22:30
Tramp 8 may tarixini ABŞ-da Qələbə Günü elan edib
Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı olub
Dünya 21:02
Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı olub
Si Cinpin Rusiyaya səfər edib
Dünya 19:05
Si Cinpin Rusiyaya səfər edib
İran XİN rəhbəri Hindistana səfər edib
Dünya 18:33
İran XİN rəhbəri Hindistana səfər edib
Ərdoğan Ankarada İraqın Baş naziri ilə regional və qlobal məsələləri müzakirə edəcə
Dünya 17:44
Ərdoğan Ankarada İraqın Baş naziri ilə regional və qlobal məsələləri müzakirə edəcə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol